Şaxta Rusiyanın bəzi bölgələrini iflic edib

Rusiyanın bəzi bölgələrində temperaturun -50° dərəcəyə enməsi səbəbi ilə insanlar evakuasiya edilir. Son 24 saat ərzində şaxtadan 120-dən artıq insan həlak olub.

Sinoptiklər Rusiyanın son illər ərzində ən ağır hava şəraitini yaşadığını deyirlər. Maqadan regionunda yolları qar tutub və qarı yüksəkliyinə görə təmizləmək mümkün deyil. Bəzi yerlərdə qarın qalınlığı 5 metrə çatıb.

Sibirin Tuva şəhərində qızdırıcı borular donub. Son günlər temperaturun -40°dan aşağı olması səbəbi ilə şəhər sakinləri məktəblər və xəstəxanalara evakuasiya edilib.

Bir neçə gündən sonra havanın bir qədər qızacağı proqnozlaşdırılıb. Rusiyanın xilas işçiləri mərkəzi istilik sistemi və boruların təmin edilməsinə şərait yaranacağına ümid bəsləyirlər.