Rusiya Türkiyə paytaxtı Ankara şəhəri yaxınlığındakı hərbi hava bazasına S-400 raket müdafiə sisteminin yeni komponentlərini çatdırıb.
Türkiyənin Müdafiə Nazirliyi iyulun 14-də Twitter sosial şəbəkəsində Rusiyanın beşinci və altıncı karqo təyyarəsinin Mürted hava meydanında endiyi haqda paylaşımlar edib. Nazirlik bir neça saat ərzində daha iki təyyarənin gəlişinin gözlənildiyini bildirib.
S-400 Uzun Menzilli Bölge Hava ve Füze Savunma Sistem malzemelerinin sevkiyatı planlandığı şekilde devam ediyor. Bu kapsamda altıncı uçak Mürted Hava Meydanı’na indi. pic.twitter.com/VXIIrOvUZH
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 14, 2019
Türkiyə Birləşmiş Ştatların sanksiyaları ilə qarşılaşmaq təhlükəsinə əhəmiyyət verməyərək, S-400 raket müdafiə sisteminin komponentlərinin ilk üç hissəsini iyulun 12-də, dördüncü partiyanı isə iyulun 13-də təhvil alıb.
Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.
Vaşinqton Türkiyəni ABŞ istehsalı olan Patriot raket müdafiə sistemi almağa çağırıb.
Birləşmiş Ştatlar Türkiyəyə qərarın dəyişdirilməsi, ya da ABŞ-ın F-35 layihəsində iştirakdan məhrum edilmək arasında seçim etmək üçün iyulun 31-ə qədər vaxt verib.
Lakin ABŞ artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlaylb. Türkiyə pilotlarına döyüş təyyarələrinin idarə edilməsi üçün Birləşmiş Ştatlarda təlimlərin verilməsini dayandırılıb.