Rusiya müxalifəti ictimai narazılığı yönləndirməyə çalışır

Your browser doesn’t support HTML5

Pensiya yaşının kişilərdə 65-ə, qadınlarda isə 63-ə qaldırılmasına etiraz edən minlərlə vətəndaş bazar günü Rusiyanın müxtəlif şəhərlərində aksiya keçirib. Dünya Səhiyyə Təşkilatına görə, Rusiyada orta ömür həddi kişilərdə 66, qadınlarda isə 77-dir. Bu da o deməkdir ki, pensiya islahatı bəzi insanları ölənə qədər işləməyə vadar edəcək.