Təhlilçi: Rusiyanın Trampla bağlı ümidləri reallaşmır
Your browser doesn’t support HTML5
ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, dünya liderləri İsveçrədə Dünya İqtisadi Forumunda iştirak etməyə hazırlaşdığı vaxt, Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatlar və müttəfiqlərini qəsdən çox-qütblü dünyanın reallıqlarını qəbul etməməkdə və işləri ultimatum və diktatura yolu ilə yürütməkdə ittiham edir. Təhlilçilər deyir ki, bu ittihamlar Moskvanın Trampın Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaları aradan qaldıracağına dair ümidini əks etdirir.