Mayın 23-də Müsavat Partiyasının qərargahında D18 Hərəkatının rəhbəri Ruslan İzzətlinin tərtib etdiyi “Son söz” kitabının təqdimatı olub.
Təqdimat mərasimində siyasi məhbus kimi tanınan şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak edib.
Ruslan İzzətli
Kitab son on ildə 62 nəfər (onlardan 20 nəfəri həbsdə və həbdən sonra vəfat edib) həbsdə olmuş siyasi məhbus kimi tanınan şəxslərin məhkəmələrdə son sözlərini və onlar haqqında qısa məlumatları əhatə edir.
Nəşrdə jurnalistlərin, blogerlərin, yazıçıların, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi şəxslərin, inanclı insanların, həbsxanada vəfat etmişlərin və həbsdən azad edildikdən sonra vəfat edən onlarla siasyi məhbusun çıxışı dərc edilib. Hazırda kitabın ingilis dilində nəşri çapa hazırlanır.
Your browser doesn’t support HTML5
Ruslan İzzətli: “Son söz” kitabı siyasi məhbusların məhkəmə çıxışlarının toplusudur
D18 Hərəkatının başqanı Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində bildirib ki, siyasi məhbus kimi tanınan şəxslərin məhkəmə çıxışları ittihamların və məhkəmə hökmlərinin siyasi olmasından, ölkədə fundamental hüqularının, o cümlədən toplaşmaq, seçki, söz və media azadlığı hüquqlarının tapdanmasından, işgəncə və qeyri-insani rəftadan bəhs edir.