Rusiya qoşunları Ukraynanı "İsgəndər-M" ballistik raketləri və "Şahed" dronları ilə vurub

Ukrayna Hərbi Hava Qüvvələrinin son məlumatına görə, Rusiya qoşunları oktyabrın 19-na keçən gecə Ukraynaya "İsgəndər-M" ballistik raketlər, idarə olunan zenit raketləri və "Şahed" tipli pilotsuz təyyarələrlə hücum edib.

Ukrayna ordusunun bildirdiyinə görə, 5 "İsgəndər-M" ballistik raketi, 9 "Şahed" tipli pilotsuz təyyarə, 1 ədəd idarə olunan "S-300" zenit raketi, 1 ədəd idarə olunan "Kh-59" və 1 qanadlı raket (növü dəqiqləşdiriləcək) müəyyən edilib. Ordu 3 pilotsuz təyyarə və "X-59" raketinin məhv edildiyi iddia edib.

"Donetsk, Mikolayiv, Sumı, Dnepropetrovsk və Zaporijye vilayətlərində obyektlərə hücumlar edilib. Yerli hərbi idarələr nəticələri və qurbanlar barədə məlumat verəcək"- deyə, məlumatda bildirilib.

"Mikolayivə endirilən raket zərbəsi nəticəsində müəssisələrdən birinin ərazisindəki istifadəsiz anbarda yanğın baş verib. Partlayış dalğasından yaşayış binalarına ziyan dəyib. Xəsarət alan yoxdur" - deyə, Nikolayiv Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Kim saat 20:30-da Mikolayiv vilayətinin Stepovskaya yaşayış məntəqəsinə endirilən raket zərbəsi nəticəsində ictimai iaşə obyektinə ziyan dəydiyini, iki nəfərin öldüyünü, bir nəfərin yaralandığını bildirib. Bundan əlavə, onun sözlərinə görə, yaşayış binaları, kənd təsərrüfatı müəssisələri və digər mülki infrastruktura ziyan dəyib.

Sumıda pilotsuz təyyarənin zərbəsi nəticəsində 100 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli binada yanğın baş verib. Daxili işlər naziri İqor Klimenko bildirib ki, yanğın söndürülüv, ölən və xəsarət alan yoxdur.