Rəssamın daxili dünyasını əks etdirən rəsmlərdən ibarət sərgi

Your browser doesn’t support HTML5

Sürrealizm ötən əsrin 20-ci illərində Fransanın bədii mədəniyyətində təşəkkül tapan avanqard cərəyandır. Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirlər. Bakıda da bu janrda çəkilmiş rəsmlərdən ibarət sərgi keçirilib. Sərgilənən rəsmlərin müəllifi Abdulla Aslanovdur. O, bu rəsmlərdə öz xəyal dünyasını əks etdirib.