Bir qrup sakin 2010-cu ildə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması üçün hökumətin ayırdığı vəsaitin sui-istifadəsinə etiraz edib
Sentyabrın 6-da Saatlı rayonunun (Bakıdan 260 kilometr cənub-qərb) bir qrup sakini 2010-cu ilin may-iyun aylarında baş vermiş daşqının nəticələrinin aradan qaldırılması üçün hökumətin ayırdığı vəsaiti “yeyən” məmurların özbaşınalığına etiraz etmək üçün rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd edib. Lakin polis toplaşanları dağıdıb, 10 nəfəri saxlanıb. Bu barədə Turan agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, yerli polis artıq dəfələrlə ədalət tələb edən narazı insanların aksiyalarını dağıdıb. Belə ki, yanvarda yerli əhali ilə görüş zamanı “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvləri Mehman Əliyev və Oqtay Gülalıyev saxlanıb. İyulda daşqından zərər çəkən Novruzlu kənd sakinləri Mirabad Rzayev və oğlu Mirsaleh həbs edilib.
Xatırladaq ki, 2010-cu ildə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması üçün 346 mln. manat (təxminən 440 mln. dollar), o cümlədən zərərçəkmişlər üçün ev tikilməsinə 202,3 mln. manat ayrılıb. Ayrılan vəsaitlərdən göründüyü kimi daşqın zonasında hər bir evin tikintisi 63 min manatdan baha başa gəlib. Lakin tikilmiş evlərin real dəyəri 17-18 min manatdan çox deyil.
Martda Nazirlər Kabineti təsərrüfatların bərpasına hər 1 ha üçün 200 manat olmaqla, 6 mln. manat ayırıb. Martın 28-də ölkə prezidenti Aran zonasında 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manat ayrılması haqqında sərəncam verib. Mayda daşqından ziyan çəkmiş rayonların hər birinin sosial-iqtisadi inkişafına 2 mln. manat ayrılıb.
2010-cu il daşqını zamanı 110 min ha torpaq sahəsi və 20 min ev su altında qalıb. Rəsmi məlumatlara əsasən, 3 minə yaxın ev tikilib, 5 min ev təmir edilib, 5 yeni qəsəbə salınıb və 20 min manat məbləğində kompensasiyalar verilib.