Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Azərbaycan və Türkiyənin hərbi emblemləri

Aprelin 11-də Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Bülent Bostanoğlunun Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.