11 sentyabra həsr olunmuş Pentaqon Memorial abidəsi

Your browser doesn’t support HTML5

On yeddi il öncə ABŞ-ın Müdafiə Nazirliyi hücuma məruz qaldı. Amerikan Hava Yolları şirkətinə aid 77 nömrəli reys qaçırılaraq, Pentaqona çırpılmışdı. Nəticədə təyyarədəki bütün insalar və Pentaqonda çalışan 125 nəfər həyatını itirmişdi. Hücumun təsirinə məruz qalmış Ceyms Layçak həmin gün həyatını itirmiş insanlara həsr olunan 9-11 Pentaqon Memorialında Amerikanın Səsinə danışıb.