Dünya fotolarda - 12 sentyabr, 2016
İri timsah miqrasiya mövsümündə antilopa hücum edir. Cəsarətli antilop hücuma baxmayaraq yenidən əraziyə qayıtdı və bir də hücuma məruz qaldıqdan sonra salamat ərazini tərk etdi. Masay Mara qoruğu, Keniya.
Fəxri qarovul Yaponiya Baş Naziri Şinzo Abenin Müdafiə Nazirliyi binasında yüksək rütbəli zabitlərlə görüşünə hazırlaşır. Tokyo, Yaponiya.
Yoqa entuziastları. Yeuyan mağarası. Hunan vilayəti. Çin.
Uşaqlar Sultan Mehmet Fatih məscidində Qurban Bayramı münasibətilə dua oxuyur. Priştina, Kosovo.
Nümayişçi Prezident Mişel Temerə etiraz əlaməti olaraq başına zibil qutusu keçirib. Sao Paulo, Braziliya.
Sərnişin təyyarəsi sübh çağı Londonun Heathrow aeroportuna tərəf uçur.
Misirlilər əl-Seddik məscidində Qurban Bayramını qeyd edir. Qahirə.
Ördəklər Frankfurt civarında kiçik çayda üzür. Almaniya.
Oscar Isaac Charlotte Le Bonun ayağına avtoqraf yazmağı imitasiya edir. Cütlük "Vəd" filminin açılışı münasibətilə Torotno Film Festivalında qırmızı xalçaya çıxıb. Toronto, Kanada.
İnşası yarımçıq qalmış Yeni Yalu Çayı Körpüsünün görüntüsü. Körpü Çinin Lianoninq vilayətindəki Dandonq Yeni Zonasını Şimali Koreyanın Sinuiju qəsəbəsi ilə birləşdirəcək.
Təlim görmüş gənc qartal dronu havada tutmağa çalışır. Hollandiya polisi qadağan olunmuş ərazidə uçurulan dronların qarşısını almaq üçün qartallara təlim keçib. Ossendrext, Hollandiya.