Saxta viza ilə İrana keçmək istəyən Özbəkistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşları yanvarın 18-də Astara rayonunda operativ tədbirlər zamanı 980 qr marixuana və 1415 qr həşiş aşkar ediblər.

Yanvarın 26-da eyni istiqamətdə iki paketdə 2 kq həşiş, 550 qr heroin və 100 qr heroin aşkar edilib, deyə DTX-nin məlumatında bildirilir.

narkotik

Yanvarın 27-də "Şahtaxtı" sərhəd-buraxılış məntəqəsində saxta vizalarla İrana keçmək istəyən yeddi Özbəkistan vətəndaşı saxlanılıb. Faktla bağlı əməliyyat və istintaq hərəkətləri həyata keçirilib.