Brilyant dəstlər və qızıl ziynət əşyaları götürülüb

Briliyant dəstlər və qızıllar Bakı hava limanında aşkar edilib

Bakının Beynəlxalq aeroportunda “Bakı-Daşkənd” və İstanbul-Bakı aviareyslərinin sərnişinlərindən külli miq­­darda qiymətli daş-qaş və qızıl-ziynət əşyaları götürülüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, mütəşəkkil dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri ara­sında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə əra­zisindən çıxarmağa cəhd göstərib. Nəticədə ziynət əşyalarını dövlət sərhədindən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxla­nılıb.

Araşdırmaların davamı olaraq dəstənin üzvləri, Azərbaycan vətən­daşları Mahir Bağırov, Elçin Məmmədov, Səfa Abdurəh­manov və Özbəkistan vətəndaşı Yeganə Orucova saxlanılıb. Onların üzərinə keçirilmiş baxış zamanı əlavə olaraq 493 qram daş-qaşlı qızıl ziynət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsinin məlumatında isə deyilir ki, noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə vətəndaşı Ecer Bilalın bel çantasından kiçik həcmli polietilen paketlərdən ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.

Hə iki faktla bağlı araşdıma aparılır.