İran Azərbaycanında zəlzələdən zərərçəkənlərin vəziyyəti ağırlaşır

Şərqi Azərbaycanda zəlzələ bölgəisndə

Əhalinin çoxu çadırlarda məskunlaşdırılıb, bu da soyuq havalarda problemlər yaradır
Soyuq havaların başlaması ilə İranın Şərqi Azərbaycan əyalətinin Vərzəgan və Əhər şəhərlərində zəlzələdən zərərçəkən şəxslərin vəziyyəti ağırlaşır.

Trend agentliyinin məlumatına görə, son günlərdə İran hökuməti bu şəhərlərdə tikinti işlərini sürətləndirsə də, hələ də əhalinin çoxu çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.

Qeyd edək ki, bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb.