Əli Həsənov siyasi partiyanın lideri ilə görüşüb

Beynəlxalq Mətbuat Mərkəzi

AXCP və Müsavat danışıqlara qatılmaq istəməyib

Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının rəhbəri Əli Həsənov 15 siyasi partiyanın lideri ilə görüşüb.

Turan Agentliyinin məlumatına görə bu görüş hakimiyyət tərəfindən müxalifətlə dialoq kimi təqdim olunur.

AXCP və Müsavat danışıqlara qatılmaq istəməyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Görüşün əvvəlində Ə.Həsənov belə görüşün vacibliyini qeyd edib. Onun sözlərinə görə, “partiya və vətəndaş cəmiyyəti ilə işləyən” hakimiyyət güclüdür.

O deyib ki, görüş zamanı istənilən mövzu müzakirə oluna bilər. İrəli sürülən təkliflər dövlət başçısına təqdim olunacaq. Sonra görüş mətbuatın iştirakı olmadan keçiriləcək.

Görüşdə Demokrat, Ümid, Azadlıq, Aydınlar, Liberal-Demokrat, Böyük Azərbaycan, Böyük Quruluş, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi, Milli İstiqlal, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Vəhdət, Kommunist, Milli Dirçəliş Hərəkatı partiyalarının rəhbərləri iştirak edirlər. Görüşün təşəbbüsçüsü partiyaların özləridir.

AXCP Ali Məclisinin üzvü Həsən Kərimov isə Turan-a bildirib ki, belə görüşlərdə iştirakı mənasız hesab edir.