Ann Brasser İntiqam Əliyevin azadlığa buraxılmasına çağırıb

Anne Brasseur

O twitter səhifəsində yazıb

AŞPA prezidenti Ann Brasser növbəti dəfə Azərbaycan hökumətini həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevi səhhətinin pisləşməsilə əlaqədar azad etməyə çağırıb.

O, Twitterdəki mikrobloqunda yazıb:

“Mən İniqam Əliyevə təzyiqlərdən və onun səhhətinin pisləşməsindən narahatam. Bunu nəzərə alaraq, onu azad etməyə və ittihamları üzərindən götürməyə çağırıram”.

Bu, siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması ilə bağlı A.Brasserin Azərbaycan hakimiyyətinə ilk müraciəti deyil.

İ.Əliyev 2014-cü ilin avqustunda 7 il müddətinə azadlıqdan məhrum edilib. O, vergidən yayınma, sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunub.

“Amnesty International” İ.Əliyevi vicdan məhbusu kimi tanıyıb.