İlham Əliyev Türkiyəyə gedir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

Aprelin 13-də Türkiyə prezidenti Rəceb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.

Bu barədə Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Dövlət başçıları arasında görüş Türkiyə vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) keçiriləcək.

İstanbulda aprelin 14-ü və 15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə təsis edilib. 1975-ci ildən BMT ilə sıx münasibətdə fəaliyyət göstərir. 2011-ci ildə Astana toplantısında təşkilatın adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı edilib.