Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin “Twitter”dəki mikrobloqunda bildirilir

Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin “Twitter”dəki mikrobloqunda bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə müzakirələr aparılıb.