Həsən Ruhani Azərbaycana səfər edəcək

Həsən Ruhani Azərbaycana səfərə gələcək

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfər edəcək.

Bu barədə "IRNA" agentliyinin məlumatında deyilir.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran prezidentinin Azərbaycan və Rusiya prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.