Məhkəmə Gözəl Bayramlını ev dustaqlığına buraxmayıb

Gözəl Bayramlı (photo by: Abbas Atilay)

AXCP sədrinin müavini barədə cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Noyabrın 7-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəkillərin verdiyi vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözğl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.