ATƏT-in yeni sədri: Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik

Angelino Alfano

"Biz ATƏT -in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik".

Bu sözləri ATƏT -in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

Qeyd edək ki, bu il yanvarın 1-dən ATƏT -ə İtaliya sədrlik edir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər BMT tərəfindən Azərbaycanın suverenliyində tanınan Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni qüvvələrinin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənitsan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri, ATƏT-in fəaliyyətdə olan sədr dövlətləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatlar verib. Amma hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 2-dən 5-dək cəbhədə hərbi əməliiyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb.