GUAM-Yaponiya Nazirlər Şurasının iclası olub

GUAM katibliyi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər Şurasının iclasında iştirak ediB.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasın yekunu olaraq “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edilib.

Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri bir daha təsdiq edib.

Həmçinin, tərəflər regional və beynəlxalq müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğulayıb, ticarət və sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni layihələrin icrasının vacibliyini qeyd edib.