Qoşulmama Hərəkatının Bakı konfransı başa çatıb

Qoşulmama Hərəkatının Bakı konfransı

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının yekunları ilə bağlı Bakı Bəyannaməsi qəbul edilib.

Həmçinin, konfrans iştirakçıları aprelin 5-də Fələstin üzrə nazirlər komitəsinin təsdiq etdiyi Fələstinlə bağlı bəyannaməni qəbul edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının "Sabit inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması" mövzusunda konfransı aprelin 5-6-da Bakıda keçirilib.

Konfransda 120 ölkədən 800-ə yaxın qonaq, o cümlədən xarici işlər nazirləri və beynləlxalq təşkilatların başçıları iştirak edir.