Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşəcək

Oktyabrın 29-da İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında görüş keçiriləcək. Bu, üç ölkənin xarici işlər nazirləri arasında 7-ci görüşdür.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin, son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşü 2012-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilib. Nazirlərin 6-cı üçtərəfli görüşü isə 2017-ci il sentyabrın 6-da Bakıda olub.