Siyazəndə Müsavat başqanının müşaviri sərbəst buraxılıb

Mərdan Mehdi isə yanvarın 16-da saxlanmışdı

Yanvarın 16-da səhər Siyəzən polisi tərəfindən saxlanılan Müsavat Partiyası başqanının şimal bölgəsi üzrə müşaviri Mərdan Mehdi yanvarın 17-də gecə saatlarında sərbəst buraxılıb.

Ona qarşı hər hansı ittiham irəli sürülməyib, amma ölkəni tərk etməyəcəyi haqda iltizam alınıb.

Ölkədə kəskin bahalaşmaya etiraz olaraq yanvarın 12-də Siyəzən şəhərində aksiya keçirilib. Hakimiyyət bu aksiyaları müxalifət partiyalarının təşkil etdiyini bildirib. Bundan dərhal sonra Müsavat Partiyası Siyəzən rayon təşkilatının sədr müavini həbs edilib. Mərdan Mehdi isə yanvarın 16-da saxlanmışdı.