Edvard Snouden: Rəsmilərin cəzalandırılmadan qanunu pozmasının kəşfiyyat xidmətinin nə dərəcədə təhlükəli olduğunu göstərir

ABŞ-ın sabiq kəşfiyyat kontraktoru Edvard Snouden Rusiya və Çinin Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərini ələ keçirməsi şansının sıfra bərabər olduğunu deyib.

New York Times qəzetinə müsahibə verən Snouden bildirib ki, onda olan məlumatları yalnız Honq Konq jurnalistlərinə verib. O, Moskvaya apardığı sənədlərin ictimai marağa malik olmadığını deyib.

Sabiq kontraktor bildirib ki, Çinin əks-kibernetika kəşfiyyatı ilə yaxından tanışdır və ABŞ-ın Milli Kəşfiyyat Agentliyi onun sənədləri Çin casuslarından qoruduğunu yaxşı bilir.

Snouden bu ilin əvvəlində MTA-nin ABŞ vətəndaşlarının kommunikasiya rekordlarını topladığını açıqlamışdı. O, agentliyin məhkəmə hökmü olmadan telefon dinləmələrinə yol verdiyi üçün ictimaiyyətə açıldığını deyib.

Snouden deyib ki, rəsmilərin cəzalandırılmadan qanunu pozmasının kəşfiyyat xidmətinin nə dərəcədə təhlükəli olduğunu göstərir.

Milli Təhlükəsizlik Agentliyi müsahibəyə münasibət bildirməyib.