Somalidə bomba hücumu 17 nəfərin ölümünə səbəb olub

Somalinin səhiyyə işçilərinin Amerikanın Səsinə bildirdiyinə görə, bazar ertəsi Moqadişuda avtomobilə yerləşdirilmiş bomba partlayışı azı 17 nəfərin ölümünə səbəb olub.

Moqadişunun ən böyük xəstəxanasının direktoru, doktor Məhəmməd Yusuf 28 yaralının da xəstəxanaya gətirildiyini bildirib.

Bomba olan avtomobilin intiharçı olduğundan şübhələnilən şəxs tərəfindən Moqadişunun izdihamlı K-4 bölgəsindəki mehmanxana yaxınlığında partlatdığı deyilib.

Şahidlərin Amerikanın Səsinin Somali şöbəsinə verdiyi məlumata görə, hava limanına iqtiqamət alan maşın təhlüksizlik keçidindən geri qaytarılıb.

Hücumun məsuliyyətini Əl-Şəbab qrupu üzərinə götürüb.

Hücum Əl-Şəbab qrupunun yüksək səviyyəli zabitlərindən birinin öldürülməsindən dörd gün sonra həyata keçirilib.