Somalinin paytaxtı Moqadişuda partlayış olub

Somalinin paytaxtı Moqadişuda maşına yerləşdirilmiş partlayıcıların işə düşməsi ilə 14 nəfər həyatını itirib.

Rəsmilər partlayışın siyasətçilər və biznesmenlərin qaldığı mehmanxana qarşısında baş verdiyini bildirib.

Ueheliye oteli Maqadişunun biznes mərkəzi Maka Ə-Mükərəma küçəsində yerləşir. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Ölənlərin əksəriyyəti piyadalardır.

Hökumət rəsmiləri hücumun hədəfinin bəlli olmadığını deyib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Lakin Moqadişuda Əl-Şəbab islamçı qrupu bunabənzər hücumlar həyata keçirib.