Bakıda Taxıl Kombinatının direktorun qətli ilə bağlı cinayət işi başlanıb

Bakıda Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətli ilə bağlı cinayət işi başlanıb

Qalib Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib

Bakıda Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakı şəhər Prokurorluğundan Amerikanın Səsinə bildirilib.

Məlumata görə bu gün paytaxtın Hövsan qəsəbəsində Qalib Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.