Gömrük bəyan edilməmiş valyutanı müsadirə edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Astara gömrük-buraxılış məntəqəsində adı açıqlanmayan Azərbaycan vətəndaşından bəyan etmədən İrana keçirmək istədiyi 14 800 ABŞ dolları müsadirə olunub.

Bu barədə ölkənin Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Vətəndaşın adı, həmçinin bununla bağlı görülmüş tədbirlər haqqında məlumat verilmir.