ABŞ prezidentlərinin keçmiş hesabat məruzələri

Prezident Franklin Delano Ruzvelt 1939-cu ilin yanvarın 4-də Konqresin hər iki palatası önündə hesabat məruzəsi ilə çıxış edir.

Prezident Harri Truman Kapitoliyaya yollanmadan öncə Konqres liderləri ilə birlikdə hesabat məruzəsinin mətninin son versiyasını yoxlayır. 8 yanvar, 1951.

ABŞ prezidenti Duayt Eyzenhauer Vaşinqtonda Konqresin birgə iclası önündə ilk hesabat məruzəsi ilə çıxış edir. 2 fevral, 1953.

Prezident Con F. Kennedi hesabat məruzəsi ilə çıxış edəndən sonra Kapitoli binasını tərk edir. 30 yanvar, 1961.

ABŞ prezidenti Riçard Nikson 1971-ci ilin yanvarın 22-də Konqres qarşısında hesabat məruzəsi ilə çıxış edir. 

Prezident Cimmi Karter Kapitolinin Nümayəndələr Palatasında toplanan insanlar önündə çıxış edərkən qaşına toxunur. 23 yanvar, 1979.

Prezident Ronalq Reyqan 1983-cü ilin yanvarın 25-də hesabat məruzəsi ilə çıxış etmədən öncə Vaşinqtonda Konqresin birgə iclasında alqışlanır. 

ABŞ prezidenti Corc H. Buş ilk hesabat məruzəsi çıxışı zamanı cibindən məktub çıxarır. 31 yanvar, 1990. 

Barbara Buş, Marqaret Buş və Maarvin Buş Nümayəndələr Palatasına daxil olarkən prezident Buşu alqışlayır. 31 yanvar, 1990. 

Prezident Bil Klinton 104-cü Konqres önündə ikinci hesabat məruzəsi ilə çıxış etməyə hazırlaşarkən palatada toplaşan insanları salamlayır. 24 yanvar, 1995.

Prezident Buş Konqresin birgə iclası zamanı hesabat məruzəsi ilə çıxış edir. 20 yanvar, 2004.

Prezident Barak Obama 2015-ci ilin yanvarın 20-də Kapitolidə Konqresin birgə iclası önündə hesabat məruzəsi ilə çıxış edir. 

Prezident Tramp 2018-ci ilin yanvarın 30-da Konqresin birgə iclası önündə hesabat məruzəsi ilə çıxış etmək üçün kürsüyə çıxır. Onun arxasında vitse-prezident Mayk Pens və Nümayəndələr Palatasının spikeri Pol Rayandır.