Qar qasırğası Avropanın qərb bölgələrini iflic edib

Qərbi Avropada baş qaldıran güclü qar qasırğası Almaniya, Fransa, Belçika və Britaniyada nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub.

Qasırğa nəticəsində bölgədəki ən böyük Frankfurt hava limanı bağlanıb. Parisin Şarl De-Qol hava limanında isə təyyarələrin uçuşu 25 faizə qədər dayandırılıb.

Regionda eləcə də avtomobillərin saatlarla yollarda ilişib qaldığı, bu gün səhər Belçikada tıxacın iki kilometrə qədər uzandığı bildirilir.

Paris, Brüssel və London arasındakı dəmiryol xətlərinin də bağlandığı deyilir.