"Sülh danışıqları aparılmasa Talibanın Dohadakı ofisi bağlana bilər"

Mideast Qatar Kerry US

ABŞ dövlət katibi Con Kerri deyib ki, Talibanın Qətərdə açılan yeni ofisi Əfqanıstan hökuməti ilə qrup arasındakı barışıq prosesində mühüm rol oynaya bilər. Ancaq o xəbərdarlıq edib ki, əgər sülh danışıqları aparılmasa ofis bağlana bilər.

Danışıqlara gəldikdə cənab Kerri deyib ki, əgər qarşıda bu istiqamətdə yol olsa, bu yolda getmək çox çətin olacaq.

ABŞ-ın ali diplomatı bu gün Dohada "Suriyanın dostları" szirvə toplantısında iştirak edib.

Qətərin paytaxtı həm də Taliban nümayəndələri ilə ABŞ-ın yüksək rütbəli rəsmilər arasında danışıqlar üçün əsas məkan kimi nəzərdə tutulub. Ancaq danışıqların iki gün öncə keçirilməsi planlaşdırılsa da, Əfqanıstan prezidenti Həmid Karzayın Talibanın Dohada ofis açmasına qəzəblənməsi görüşün təxirə düşməsinə səbəb olmuşdu. O, rəhbərlik etdiyi hökumətin danışıqları dəstəkləmədiyini bildirib.

ABŞ-la Taliban arasında danışıqların bərpasına dair heç bir açıqlama yoxdurş Hazırda Doha da olan Con Kerrinin də Taliban nümayəndələri ilə görüşü planlaşdırılmayıb.