Yaralananlar var
Dekabrın 11-də Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimal) polislə naməlum silahlı şəxslər arasında atışma olub. İlkin qeyri rəsmi məlumata görə yaralananlar var.
Yerli sakinlərin məlumatına görə, atışma saat 20.45 radələrində başlayıb və qarşıdurma hələ də davam edir.
APA agentliyinin müxbiri hadisə yerindədir və onun məlumatına görə atışma şəhərin 10-cu mikrorayonundadır.
Agentlik hazırda əraziyə əlavə polis qüvvəsi cəlb olunduğnu bildirir. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.
Azadlıq.info saytı isə yazır ki, silahlı insident 10-cu mikrorayonda, 27 saylı evin qarşısındakı "Sultan" adlı super-marketin yaxınlığında baş verib.
Hadisə şahidlərinin "Azadlıq"a verdiyi məlumata görə, avtomat səsləri təxminən 5 dəqiqə davamlı eşidilib. Ardınca qumbara partlayışına bənzər güclü səs ətrafdakıları qorxuya salıb.
Şahidlər ehtimal edir ki, atışma polislərlə vəhhabilər arasında olub. Atışma nəticəsində yaralananlar var. Yaralılardan biri qaçmaq istəsə də, bir qədər irəlidə "Halal" marketin qarşısında yıxılıb. Mülki geyimli şəxslər onu maşına qoyub xəstəxanaya aparıb.
Sayt bildirir ki, hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib. Belə ki, atışma nəticəsində bir neçə maşın ciddi zədələnib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.
Baş verənlərlə bağlı hələ rəsmi məlumat yayılmayıb. Hadisə yerindəki polislər də hər hansı açıqlama verməyib.