Suriya böhranına dair beynəlxalq diplomatik səylər güclənir

Syria, deaths from conflict, updated December 28, 2012

Suriya böhranına son qoymaq üçün diklomatik səylər artdığı bir vaxt sülh elçisi Laxtar Brahimi ölkədə demokratik seçkilərin keçirilməsi üçün şərait yarananadək Suriyanı idarə edəcək keçid hökumətinin təşkilinə çağırıb.

Cənab Brahiminin açıqlaması Suriya nümayəndəsinin Moskvada olduğu vaxta təsadüf edib.

Rusiya bildirib ki, Suriyada qarşıdurmanın qarşısını almaq üçün səylərinin intensivləşdirir.

Şənbə günü Rusiyada Suriya barədə danışıqlar aparmağı planlaşdıran Brahimi Dəməşqdə jurnalistlərə deyib ki, keçid dövrü dövlətin və əya dövlət institutlarının məhvinə aparmamalıdır.

Cənab Brahimi bu açıqlamaları Suriya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında verib. BMT elçisi səfəri çərçivəsində prezident Bəşar Əl-Əsədlə də danışıqlar aparıb.