Accessibility links

Laxdar Brahimi Dəməşqdə görüşlərini davam etdirir


Suriyanın insan hüquqları müdafiəçiləri rəqib döyüşçülərin Türkiyə ilə sərhəd Hərəm şəhərini ələ keçirdiklərini bildirir. Xəbər ölkəyə xarici jurnalistlər buraxılmadığına təsdiq edilməyib.

Bu arada, beynəlxalq sülh elçisi Laxdar Brahimi Dəməşqdə müxalifət nümayəndələri ilə görüşlərini davam etdirir.

Demokratik dəyişikliklər üzrə milli koordinasiya qrupunun rəhbəri Brahiminin Rusiya ilə Amerikanın münaqişəyə son qoyulması razılığı barədə məlumat verdiyini deyib. Həsən Əbdül Əzim siyasi həll yollarının Suriyanın xalqının müdafiəsinə yönəldiyini və bu planın dəstəklənəcəyini bildirib.

Dünən Laxdar Brahimi Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşündən sonra münaqişəsinin həllinə dair heç bir işarə olmadığını demidi. Suriyanın dövlət mətbuatı prezidentə istinadən bildirib ki,o, Suriyanın suverenliyi və müstəqiliiyini tanıyan sülh səylərini dəstələyir.
XS
SM
MD
LG