İsveç məhkəməsi Türkiyə tərəfindən axtarışa verilən şəxslərin ekstradisiyasını bloklayıb

İsveçin ən yüksək məhkəməsi cümə axşamı Türkiyənin 2016-cı ildə dövlət çevrilişinə cəhddə günahlandırdığı qruplaşma ilə əlaqəsi olduğu iddiası ilə Türkiyə tərəfindən axtarışa verilən iki şəxsin ekstradisiyasını qadağan edib..

İsveç məhkəməsi bildirib ki, qaçqın olan şəxslər Türkiyəyə göndəriləcəkləri təqdirdə təqib riski ilə üzləşəcəklər.

Türkiyə deyir ki, həmin şəxslər ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi və Türkiyənin terror təşkilatı hesab etdiyi qruplaşmanın üzvləridir.

İsveç məhkəməsi həmçinin bildirib ki, həmin şəxslərin qrup üzvləri tərəfindən istifadə edilən mobil tətbiqi yükləmələri iddiası ekstradisiya üçün əsas deyil, çünki bu hərəkət İsveç qanunlarına görə terror təşkilatında iştirak hesab edilmir.

Qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin terror qruplaşmalarına qarşı mübarizədə yetərincə addım atmadığını dedikdən sonra İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkəcəyini açıqlamasından bir neçə gün sonra verilib.

İsveç son aylarda Türkiyə ilə razılaşmanın bir hissəsi olaraq yeni terrorla mübarizə qanunu da daxil olmaqla bir sıra islahatlar həyata keçirib.