Suriyanın mühasirəyə alınmış Homs şəhərində atışma zamanı iki Qərb jurnalisti həlak olub. Bu arada insan hüquqları fəalları və Dəməşqin müttəfiqi Rusiya humanitar yardıma çağırışları dəstəkləyir.
Britaniyanın Sunday Times qəzetində çalışan amerikalı müxbir Meri Kolvin və Fransalı foto-müxbir Remi Oçlik bu gün Homs şəhərində silahlı qarşıdurma zamanı həlak olub. Fəallar bundan başqa hücum zamanı azı 13 nəfərin həlak olduğunu və bir neçə müxbirin yaralandığını deyib.
Milli Suriya Şurasının müxalifət üzvü, Basma Kodami müxbirlərin hökumət qüvvələrinin hədəfinə çevrlidiyin ehtimal edib.
“Bu gün hadisə baş verən ərazidə yeganə şahidlər xarici müxbirlərdir və mətbuatın burada baş verənlər haqda həqiqətləri dünyaya çatdırması ictimaiyyət üçün mühümdür. Müxbirlərə atəş açmaq bizim marağımızda deyil. Ona görə də çox güman ki, müxbirlər hökumət qüvvələri tərəfindən öldürülüb" - deyə o bildirib.