Suriya Amerikanın Səsi və BBC-nin yayımlarını pozur

Amerikanın Səsi və BBC xəbər yayım şirkətlərinin Yaxın Şərq və Avropadakı peyk provayderinin fəaliyyətinə bu həftə Suriyadan gələn siqnallar müdaxilə edib.

Amerikanın Səsinin xarici dildə yayımlanan xidmətləri və ingilis və ərəb dillərində BBC televiziya və radio xidmətləri vasitəsilə yayımlanan bir çox proqramlar bu növ müdaxiləyə məruz qalıb. Fransada qərəgahlanan Eutelsat peyk provayderinin nümayəndəsi Amerikanın Səsinə yayıma müdaxilənin Suriyadan gəldiyini deyib.

Eutelsat peyk provayderinin sözcüsü Vanessa Okonnor bir neçə beynəlxalq xəbər yayım xidmətlərini qarşısını alan, bilərəkdən göndərilmiş müdaxilə siqnallarının bu həftənin əvvəlindən müşahidə edildiyini bildirib.

Xanım Okonnor deyib ki, Eutelsat peyk provayderi mənbə müəyyənetmə texnologiyasının köməyi ilə müdaxilə siqnalının Suriyada yerləşdiyini müəyyən edib.

Peyk vasitəsilə Yaxın Şərqə ərəb dilində proqramlar yayımlayan Deutsche Welle müdaxilə səylərinin arxasında İranın dayandığını deyir.