İŞİD-ə qarşı döyüşlər davam edir

İran rəsmiləri yüksək rütbəli İran İnqilab Keşikçilərinin komandirinin Suriyada öldürüldüyünü bildirib.

İran ordusunun bəyanatında bildirilir ki, general Hüseyn Həmədani bu həftənin əvvəli Hələb şəhərində Suriya qoşunlarına təlim keçən zaman İŞİD döyüşçüləri tərəfindən öldürülüb.

Bu gün Suriyada Fransa döyüş təyyarələri yeni hava hücumları həyata keçirib.

ABŞ müdafiə naziri bildirib ki, Rusiya Suriyadakı hədəflərinə çata bilməyən uzaq mənzilli raketlərinin nəticələrini görəcək.

Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, bütün raketlər heç bir mülkü təlafata səbəb olmadan İŞİD-in hadəflərini vurub.

Lakin Karter deyib ki, qeyri-dəqiq raket hücumları İŞİD-a qarşı döyüşən ABŞ koalisiyasının əsgərləri və avadanlığını təhlükə altına alır.

ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı ABŞ-ın narahatlıqlarını bir daha təkrar edib.