Suriyalı rəssam sevgi və nifrət tablolarını paylaşır

Matisse-in 1910-cu ildəki "Rəqs" əsərindən çevrə quran qadınlar Homsda dağıdılmış küçə qalıqları üzərində.  Tammam Azzam.

Vinsent Van Qoqun "Ulduzlu Gecə" əsəri Dəraya məhəlləsində polad və beton dağıntıların arxasında canlanır. Tammam Azzam.

Leonardo Da Vinçinin Mona Lisası Suriyanın üçüncü ən böyük şəhəri və üsyanın istehkamı sayılan Homsda çökmüş damların və əyilmiş çərçivələrin fonunda müəmmalı təbəssümü ilə. Tammam Azzam.

Fransisko Qoyanın "3 may, 1808" əsəri ispan partizanların Napoleonun fransız əsgərləri tərəfindən güllələndiyini göstərir - Suriyanın Duma qəsəbəsinin dağıntılarında. By Tammam Azzam.

Salvador Dalinin "Yuxu"su İdlib civarında dağıdılmış dükan və evlərin üzərində dolanır. Tammam Azzam.

Paul Gauguin’in 1891-ci ildə çəkdiyi "Tahiti Qadınları Çimərlikdə" İordaniyanın Mafraq qəsəbəsindəki Zaatari qaçqın düşərgəsi yaxınlığında. Bu düşərgədə 168,000 suriyalı qaçqın qalır. Tammam Azzam.

Qustav Kimitin "Öpüş" (1907) əsəri Dumada bombalanmış binaya kölgə salır.  Tammam Azzam.

Andy Varholun "Elvis Presli" ordusu Homsda viran qalmış binanın qalıqları qarşısında mətin dayanıb. Tammam Azzam.