Suriyalılar tarixi obyektlərdə sığınacaq tapırlar

Sabiq polis işçisi Adnan əl-Hamod öz ailəsini hökümət qüvvələrinin bombardmanından qorumaq üçün içərisində qaldığı yeraltı sığınacaqda ağ neft lampası yandırır.  Circanaz kəndi, İdlib vilayəti, Suriya 28 fevral, 2013.

9 yaşlı Nihal ailəsinin sığındığı qədim Roma məqbərəsində qızınmaq üçün sobanın içərisinə zeytun budaqları qoyur.  Cabal əl-Zaueya, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

53 yaşlı Nadia qədim yeraltı Roma məqbərəsində hökumət qüvvələrinin bomba hücumlarından qorunur. Cabal əl-Zaueya, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

32 yaşlı Sami sığınacaq kimi istifadə olunan qədim yeraltı Roma məqbərəsində. Cabal əl-Zaueya, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

Azad Suriya Ordusunun döyüşçüsü Əbu Məhəmməd Suriya hökumətindən qorunmaq üçün sığındığı mağarada danışır.  Cabal əl-Zaueya, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

Suriyalı uşaqlar atalarının inşa etdiyi yeraltı tuneldən çıxır.  Circianaz kəndi, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

Sobhi əl-Hamod, 60, öz ailəsini Suriya hökumət qüvvələrinin hücumlarından qorumaq üçün düzəltdiyi yeraltı tunelin içərisində dayanıb. Circanaz kəndi, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.

Nihal, 9, sığınacaq kimi istifadə olunan qədim yeraltı Roma məqbərəsinin girişinə baxır. Cabal əl-Zaueya, İdlib vilayəti, Suriya. 28 fevral, 2013.