Cəlal Talabani 83 yaşında dünyasını dəyişib

İraqın sabiq prezidenti İraq kürdlərnin lideri Cəlal Talabani 83 yaşında dünyasını dəyişib.

Rəsmilərin məlumatına görə, o, Berlin xəstəxanasında vəfat edib.

Talabani 2003-cü ilə, ABŞ-ın Səddam Hüseynin devrilməsi ilə nəticələnən işğalına qədər küdlərin ən böyük fraksiyasına rəhbərlik edib.

O, 2005-ci ildən 2014-cü ilə, 2012-ci ildə keçirdiyi iflicin ağırlaşmasınadək İraqa prezidentlik edib. Talabani İraqın ərəb olmayan yeganə lideri olub.