Taliban Əfqanıstanda bir neçə polis məntəqəsinə hücum edib

Əfqanıstanın cənub regionunda Taliban bir neçə polis məntəqəsinə qarşı hücum zamanı 17 polis zabitini qətlə yetirib.

Hücumlar Helmand vilayatəinin Musa Qala bölgəsində həyata keçirilib.

Qarşıdurma bir neçə saat davam edib. Yerli media Talibanın 10 nəfər itki verdiyini bildirib.

Taliban bir neçə hücumun məsuliyyətini üzərinə götürərək, komandir də daxil edilməklə, 25 əfqan əsgərinin öldürüldüyü iddia edib.

Son zamanlar ABŞ-a arxalanan hökuməti devirib şəriətə əsaslanan dövlət qurmağa çalışan Taliban Əfqanıstanın təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını artırıb.