İtaliyada mafia qrupunun 140 üzvü həbs edilib

İtaliyada mafia qrupunun 140 üzvü həbs edilib

İtaliya polisi bildirir ki, Ndrangeta adı ilə tanınan mafia qrupunun 140-a yaxın üzvünü həbs edib.

Həbslər əsasən Turin, Milan və Modena ilə yanaşı, cənub regionu olan Calabriyada da həyata keçirilib.

Xəbərlərdə deyilir ki, polis 103 milyon dollarlıq vəsait müsadirə edib.