Amerikada ilk yay istirahət guşəsi Rod Aylənddə yerləşən Nyuport şəhəridir
Məhur amerikalı yazıçı F. Skot Fitzgerald 1926-cı ildə "Varlı Oğlan" əsərində belə bir fikir ifadə etmişdi: “Zəngin adam səndən və məndən fərqlidir”.
Amerikanlar tarixdə zəngin insanların həyatına nəzər salmağı sevirlər. Burada Amerikanın ən kiçik ştatındakı adada yerləşən ən gözəl malikanələrdən biri qeyd edilməlidir. Bu da ölkədə ilk yay istirahət guşəsi olan Rod Aylənddə yerləşən Nyuport şəhəridir.
Nyuport dini azadlıqlar axtarışında olan sakinlər tərəfindən 1639-cu ildə salınmışdır. Şəhər tez bir zamanda bura liman kimi möhkəmlənidirilmişdir. İllər keçdikcə Amerikanın cənubundan gələn zəngin torpaq sahibləri, yayın qızmar istilərindən sığınmaq üçün Atlantik okeanı sahillərinə baxan sıldırım qayalar üzərində böyük evlər tikmişlər.
Lakin,butün bunlar gələcəkdə baş verəcək böyük tikililərlə müqayisədə sadə daxmalar idi.
1880 və 90-cı illərdə zəngin sənayeçilər Nyuportda “yay kotecləri” adlandırdıqları malikanələr tikməyə başladılar. Memarlıq səviyyəsinə görə bunlar Avropa qəsrlərinə oxşar malikanələr idi.
Ən məhşur malikanə Kornelius Vanderbilt tərəfindən tikilən İtalyan üslublu "The Breakers" sarayı oldu. Öz gəlini üçün hədiyyə olaraq Vanderbilt qardaşı Villiamdan daha çox maliyyə sərf edərək mərmərdən böyük bir bina ucaltdı. Şəhərdə tikilmiş binalar qızılı ornamentlər, gözəl qobelenlər və gümüşdən hazırlanmış əl işləri ilə bəzədilmişdir.
Hər il may ayında Nyuportun “400-lər” adı ilə tanınan elit təbəqəsi (bir-birilərinə müraciət etdikləri söz) öz xidmətçiləri ilə birlikdə yaxta və ya xüsusi dəmiryolu qatarı ilə buraya gəlirdi.
Lakin 1929-cu ildə fond birjasında baş vermiş böhranın ardınca Amerikada Böyük Depressiya, bunun nəticəsi olaraq isə gəlir vergisinin tətbiq olunmağa başlaması bir çox multi-milionerlərə öz “kotteclərini” əvvəlki şəkildə saxlamasını çətinləşdirdi. Bu səbəbdən çoxları Nyuporta marağı itirərək, yay istirahətini dünyanın digər yerlərində keçirməyə üstünlük verməyə başladı.
Bellevü prospektində və Oşn Drayvda yerləşən 200-ə yaxın möhtəşəm saraylardan sonradan mənzil kimi istifadə olundu. 40-dan çox ev yanğın nəticəsində dağılmışdı. Lakin "The Breakers" də daxil olmaqla, ən gözəl evlər yerli mühafizə cəmiyyətlərinə qalaraq bu gün turların ayrılmaz hissəsinə çevrilmişdir.
Zəngin insanların fərqli yaşadıqlarını görmək istəyənlər üçün şəhərin məşhur yaxt yarışları və caz festivalı ilə birlikdə Nyuport qayaları boyunca günümüzə qədər gəlib çatmış böyük evlər cazibədar olaraq qalır.