Tbilisi ilə Moskva arasında böhran davam edir

Your browser doesn’t support HTML5

11 il əvvəl Rusiyanın Gürcüstan torpaqlarının 20 faizini işğal etməsindən sonra hökumətin bu ölkə ilə yaxınlaşmasına etiraz olaraq gürcüstanlıların küçələrə  çıxmasından təxminən bir aydan çox vaxt keçir. Etirazlar Gürcüstan hökumətinin mühafizəkarlarının Rusiya Dumasının kommunist deputatı Andrey Qavrilovu Gürcüstan parlamentinə dəvət etməsindən sonra başladı. Polis nümayişləri dağıtmaq üçün şiddətə əl atdı, Moskva isə etirazların Rusiyanı təhrik məqsədi daşıdığını deyərək, Gürcüstana qarşı sanksiyalar tətbiq etdi.