Təbrizdə azərbaycanlı kardioloqların beynəlxalq elmi qurultayı keçiriləcək

Dünyanın görkəmli kardioloqları İran Azərbaycanında bir araya gələcək
Noyabrın 1-dən 3-dək Təbriz şəhərində azərbaycanlı kardioloqların 3-cü Beynəlxalq Elmi Konqresi keçiriləcək.

AzərTAC agentliyi konqresin təşkilat komitəsinə istinadən bildirir ki, tədbirə dünyanın 15-ə yaxın ölkəsindən görkəmli alimlər dəvət olunub.

Redaksiya heyətinə 1200-dən artıq elmi məqalə və monoqrafiya təqdim edilib.