Ceyms Terri: Islam Dövlətinin dağıdılması minimum 3 il vaxt aparacaq

ABŞ-ın İraq və Suriyada İslam Dövlətinə qarşı mübarizədə iştirak edən hərbi qüvvələrinin baş komandanı qrupun dağıdılmasının minimum 3 il vaxt aparacağını deyib.

Pentaqonda danışan Ceyms Terri bildirib ki, Amerikanın hava zərbələri 4 ay əvvəl başlayıb və nəticəyə çatmaq səbir tələb edir.

Amerikanın müdafiə rəsmiləri hava zərbələri nəticəsində İslam Dövləti qrupunun 3 liderinin öldürüldüyünü bildirib.

İraqda hava hücumlarının qrupla mübarizədə böyük təsirə malik olduğu deyilir.

Avqust ayından bəri İraq və Suriyada 1300-dən artıq hücumu həyata keçirilib.