Dünya Ticarət Mərkəzinə edilən hücumun 25-ci ildönümü qeyd edilib [Video]

Your browser doesn’t support HTML5

Dünya Ticarət mərkəzinə edilən hücumun 25-ci ildönümü qeyd edilib

İnsanlar Nyu York şəhərində toplanaraq Dünya Ticarət Mərkəzinə edilən ilk hücum nəticəsində həyatını itirən 6 qurbanın anım mərasimində iştirak ediblər. 1993-cü ildə baş baş vermis hadisə 11 sentyabr terror hücumundan 8 il əvvələ təsadüf edir. Hadisə qurbanlarının 4-ü Port Authority nəqliyyat şirkətinin işçisi idi.

Terrorçular 25 il əvvəl Dünya Ticarət Mərkəzinin qarajında içərisi partlayıcı maddələrlə dolu avtomobili partladaraq hər iki binann yerlə-yeksan etməyə çalışmışdılar. Onların planı baş tutmasa da bu hadisə qurbanların ailələri üçün həssaslığın bir xatırlatmasıdır.

“Biz insanlarla birlikdə hər gün buradan keçib gedirik və bilirik ki, bir daha o insanları görə bilməyəcəyik. 1993-cü il fevralın 26-sı bu yolu keçən insanlar bir daha geri qayıtmayacaq. Biz sağ qalanlar isə burdayıq." - deyə, qurbanlardan birinin ailə üzvü bildirib.

Anım mərasimi həm də davam edən həyatın, 6 nəfər qurbanın və həmin gün həyatlarını riskə atan insanların təntənəsidir.